Xoş Gəlmişsiniz…07.04.08

“Şəms” ədəbi qadınlar məclisinə xoş gəlmişsiniz!

Kategoriya Ümumi şərh yoxdur →

Üç Aylar Mübarək Gün07.04.08

v.jpg

———Hər Millətin müqəddəs saydığı günləri vardır. Müsəlman aləminin müqəddəs günləri də Cümə, Bayram və Şam gecələridir. Allaha şükürlər olsun ki bizləri xoşbəxt edəcək gün və gecələrimizə qovuşmuş üç ayı və Bərat gecəsini nəsib etmişdir. Davamı →

Kategoriya Dürəfşan Kəlamlar 1 şərh →

Xalidə Əfəndiyeva-”RƏHMƏTLİK NƏNƏMƏ MESAJ”.07.03.08

21102007.jpg
——-Aldım əlimə telefonu, istədim nənəmə mesaj yazım. Burdakı nagıllardan danışım nənəmə. Yadımdadır başımı qoyardım nənəmin dizinə, nagıl danışardı mənə. Göyçək Fatimə, Keçəlin nagılı,Məlikməmməd, Cırtdan. Hər dəfə Məlikməmmədlə quyuya enərdik, ag qoçun belinə minərdik,ag qoç qara qoçun belinə atardı bizi. Çox sevərdim nagılları. Davamı →

Kategoriya 5)Xalidə Əfəndiyeva 2 şərh →

VÜQAR BİLƏCƏRLİ-Qəzəl07.03.08

721.jpg

Yar getdi əvəzində qəmi-həsrət gəldi,
Söndü bəxtim şəmi, aləm mənə zülmət gəldi.

Açdı yarım gül üzün, dəydi cahan bir-birinə,
Elə bildim ki, o dəm ruzi-qiyamət gəldi.
Davamı →

Kategoriya Gənc yazarlar 1 şərh →

Şəbnəm Həsənəlizadə-”UÇ, ANAMI GƏTİR”.07.03.08

shebnem-b.jpg

Gəldi yenə gözəl, təravətli bahar. Bu gün park yenə də doludur şənlənən ailələrlə, uşaqlarla. Uşaqlar, qaçır, oyunlar oynayırlar, böyüklər bir kənarda əyləşmiş, istirahət edərək öz uşalarını izləyirlər. Mən isə gözəl bir gülün ləçəkləri üstündə oturmuş, baharın təmiz havasını, gülün təravətli ətrini içimə çəkə-çəkə seyr edirəm bu insanları. Davamı →

Kategoriya Gənc yazarlar 2 şərh →

Ukrayna-Vasil Stus-GUAM ölkələri ədəbiyyatlarından seçmələr07.02.08

images5.jpg
Tərcümə:Siyavuş Məmmədzadə,Səlim Babullaoğlu

KEÇƏL DAĞDA

Keçəl dağda sönən tonqal soyuyur,
Ətəyində qızıl xəzəl yanıxır.
O dağ harda heç bilmirəm darıxır,
Yoxsa məni yavaş-yavaş unudur
Kövrək-kövrək ayrılığın çağları!
Davamı →

Kategoriya Xarici ədəbiyyat 1 şərh →

Elnarə Şəms-Qəzəl07.01.08

02.JPG

Bir qulam,canan,qapın ağzında,şahımsan mənim,
Səndən özgə heç kəsim yoxdur,pənahımsan mənim.

Harda olsan tək o səmtə çevrilər,ey yar üzüm,
Eşqin olmuşdur imanım,gibləgahımsan mənim.
Davamı →

Kategoriya 1)Elnarə Şəms 12 şərh →

Xatirə Fərəcli-Bu nədi?07.01.08

xatireferecli-b1.jpg

Sən niyə baxırsan yollara, niyə
Kimi gözləyirsən, gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta
Yoxsa tükənibdi dözüm, bu nədi?

Nədi bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm
Çökübdü çöhrəmə qəlbimdəki qəm
Solub yanaqlarım, üzüm, bu nədi?
Davamı →

Kategoriya Gənc yazarlar 4 şərh →

Mübariz Xanağalı-”Ağlayan bayraqlar”06.30.08

x.jpg

Bu dünyada
hamı göz yaşı tökər
hönkürərlər
fərqi yox
sevincdən ya kədərdən
Davamı →

Kategoriya Gənc yazarlar 3 şərh →

Günay Ələkbərzadə-”SEVGİ - MəNəM…”06.30.08

1.jpg

SEVGİ - MəNəM…

Mənə sevgidən danışma!
SEVGİ - SəN deyilsən!
SEVGİ - MəNəM…
SEVGİ - Sən dolu
gecələrimin
yoxluğundan
doğan həsrətidir.
Davamı →

Kategoriya Gənc yazarlar 10 şərh →

Şeir güşəsi-Niyə narazıyıq bu tərəzidən?”06.28.08

c.jpg
Xatirə dəftərimə yazmışdım bu şeiri,hardansa yadıma düşdü,ancaq müəllifini bilmirəm.Bilən varsa müəllifə hörmət yazsın.

Bir gözü mən əydim,bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən.
Sən çeşmə qurudan,mən ağac kəsən,
Bir günah sənindir,bir günah mənim.
Davamı →

Kategoriya Ümumi 4 şərh →

Təbriz-Sharifa Cafari-”Aç qapını mən qapıda qalmışam”06.28.08

q.jpg
Salamlar,əlləriniz ağrimasın! Mən dostların vasitəsilə sizin saytla taniş oldum,mən İranda Zangan şəhərində pınar adlı nəşriyatin müduriyəm. Davamı →

Kategoriya Təbriz Həsrəti 4 şərh →

  • shems
    "Şəms ədəbi qadınlar məclisi"nin rəsmi web-saytına xoş gəlmişsiniz! Sayt günbəgün yenilənməkdədir. Siz burada məclis üzvlərinin yeni şeirləri ilə tanış olacaq, onların gündəlik fəaliyyətini izləmək imkanı əldə edəcəksiniz! Saytımızı izləyin...